Cümə, 17 May

"Yüzlərlə belarus Lukaşenkonu devirmək üçün hazırlıqlara başlayıb" - KİV

image

2020-ci ilin kütləvi etirazlarından sonra ölkədən qaçan yüzlərlə Belarus vətəndaşının prezident Aleksandr Lukaşenkonu devirmək üçün Polşada döyüş təlimi keçdiyi iddia edilir.

Xəbər verilir ki, bu  barədə Böyük Britaniyanın "The Times" nəşri məlumat yayıb.

Bildirilir ki, təlimi Belarus təhlükəsizlik qüvvələrinin BYPOL-un keçmiş zabitləri aparır. 

Bundan əvvəl BYPOL ilə əlaqəli partizanlar artıq Belarus ərazisində bir neçə uğurlu əməliyyat keçiriblər. Bu ilin fevralında təşkilat Minsk yaxınlığındakı hava limanında iki pilotsuz uçan aparatın köməyi ilə Rusiyanın A-50 kəşfiyyat təyyarəsinin partladılmasına görə məsuliyyəti öz üzərinə götürüb. Belarusda BYPOL "ekstremist təşkilat" kimi tanınır. 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58